İnsanlara hürriyət, millətlərə istiqlal!

İlber Ortaylının qızı onun əşyalarını "ikinci əl" satışa çıxardı

697 14.07.2026 13:00 Dünya A A

Məşhur tarixçi İlber Ortaylının bəzi şəxsi əşyaların satışa çıxarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Onun qızı Tuna Ortaylı ikinci əl əşyaların alınıb-satıldığı bəzi WhatsApp qruplarında tarixçiyə məxsus fincan, vaza və digər dekorativ əşyaları 200–800 lirə aralığında satışa çıxarıb.

Bu paylaşımlar ictimaiyyətdə narazılıq yaradaraq “miras satılır” iddialarını gündəmə gətirib.

Məsələ ilə bağlı T. Ortaylı açıqlama verib. O bildirib ki, atasından sonra İstanbulda boşaldılmalı və bağlanmalı olan 7 ev var və həmin evlərdə çoxlu sayda əşya toplanıb.

Ailə üçün xüsusi mənəvi dəyəri olan şəxsi əşyaların yaxınlara xatirə kimi paylandığını bildirən Tuna Ortaylı, qalan minlərlə xırda əşyanın zibilə atılmaması üçün simvolik qiymətlərlə satışa çıxarıldığını qeyd edib.

Tuna Ortaylı əlavə edib ki, satışdan əldə ediləcək vəsait xeyriyyə məqsədilə istifadə olunacaq. Bildirilib ki, pullar "TEMA Fondu"na yönləndiriləcək və tarixçinin adına xatirə meşəsi salınacaq.

O xüsusilə vurğulayıb ki, İlber Ortaylı vaza və ya fincan kimi əşyalarla deyil, elmə və tarixə həsr etdiyi ömrü, yazdığı kitabları ilə xatırlanmalıdır. Həmçinin ictimaiyyətə daha bir mühüm xəbər də verilib. Bildirilib ki, İlber Ortaylının adı ilə böyük kitabxananın yaradılması istiqamətində rəsmi işlərə başlanılıb.

Qeyd edək ki, yayılan müzakirələrdən sonra WhatsApp qruplarında fərdi satışların dayandırıldığı da açıqlanıb.|Bakupost

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR