İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvana silah verən ABŞ şirkətləri Çinin sanksiyalarına məruz qalacaq

220 07.01.2024 13:41 Dünya A A

Çin hakimiyyəti ABŞ-ın Tayvan administrasiyasına silah tədarük edən beş şirkətinə qarşı sanksiyası tətbiq edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu sanksiya Vaşinqtonun Çin müəssisələri və fiziki şəxslərinə məhdudiyyət tətbiq etməsinə cavab səciyyəsi daşıyacaq.

“Birləşmiş Ştatlar Çinin Tayvan bölgəsinə silah satmaqla “vahid Çin” prinsipini açıq şəkildə pozur və müxtəlif bəhanələrlə Çinin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir”, - deyə Çin XİN-in internet saytında dərc olunan bəyanatda bildirilir.

“Amerika tərəfinin yuxarıda göstərilən ciddi pozuntularına cavab olaraq, ÇXR-in xarici sanksiyalara qarşı mübarizəyə dair qanununa uyğun şəkildə “BAE Systems Land and Armament”, “Alliant Techsystems Operation”, “AeroVironment”, “ViaSat” və “Data Link Solutions” şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR