İnsanlara hürriyət, millətlərə istiqlal!

Tavanı uçmuş bina sakinləri qorxu içində: “Hər an faciə ilə üz-üzəyik” – Video

765 07.09.2022 16:06 Sosial A A

Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, ümumi dəhlizinin tavanının uçması nəticəsində qəzalı vəziyyətə düşən ikimərtəbəli yaşayış binasının sakinləri yenidən Musavat.com-a müraciət edib.
Bina sakinləri bildirib ki, may ayında binanın tavanının uçmasından sonra vəziyyət daha da pisləşib, sakinlər həyatı təhlükə altındadır:

“Bir evin tavanı tamamilə çöküb. İcra hakimiyyətindən nümayəndələr gəlib, vəziyyətlə bağlı maraqlandılar və bildirdilər ki, “yuxarıdan” bununla bağlı pul ayrılmayıb, ona görə heç nə edə bilməyəcəklər. Həmçinin qeyd etdilər ki, qəzalı vəziyyətə görə binanın bütün sakinləri təcili binadan köçməlidirlər. Tavanı çökən evdə uşaqlar yaşayır. Hər an faciə baş verə bilər və binaya baxan aidiyyəti qurumların özləri də bunu deyir, lakin bizə kömək edən yoxdur”.

Xatırladaq ki, qeyd olunan binanın sakinləri bundan əvvəl də Musavat.com-a müraciət etmişdi. Xətai rayon İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada bildirilmişdi ki, binada uçqun yaranan zaman qurum orada təmizlik işləri aparıb. Lakin binanı söküb, yenidən tikmək və yaxud təmir etməm rayon icra hakimiyyətinin gücündə olacaq məsələ deyil:

“Bununla bağlı tərəfimizdən aidiyyəti orqanlara, o cümlədən "Bakı Abadlıq", Bakı şəhər icra hakimiyyəti mənzil təsərrüfat departamentinə müraciət olunub, vəziyyət barədə ətraflı məlumat verilib. Yuxarı təşkilatlardan bizə nə göstəriş veriləcəksə, rayon icra hakimiyyəti olaraq, onu təmin edəcəyik".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR