İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan: 7-ci sinif şagirdinin məktəbə hücumunun təfərrüatları

1306 22.01.2026 12:21 Dünya A A

Tatarıstanda məktəbə silahlı hücum edən yeddinci sinif şagirdinin cinayət aktına əvvəlcədən hazırlaşdığı və öz planı barədə onlayn söhbətlərdə müzakirə apardığı məlum olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeniyetmənin adı Denisdir və o, Nijnekamsk liseyinin yeddinci sinif şagirdidir. Həbs edildiyi zaman ondan bıçaq, maska və əlcəklər müsadirə edilib.

Sinif yoldaşları oğlanı qapalı və qəribə biri kimi təsvir edirlər. Onlar deyirlər ki, Denis "terrorizm"ə rəğbətli olub və zorakı videolara baxıb. Hadisə günü Denis dərsə gedib, normal davranıb, amma sonra yoxa çıxıb. Ehtimal ki, o, paltarını dəyişməyə və hücuma hazırlaşmağa gedib.

Yeniyetmənin mesajlarında hazırlıq sübutları tapılıb: o, əvvəlcədən avadanlıq alıb və onu geyinərək şəkil çəkib. Denis sinif yoldaşlarına təhsil müəssisələrinə hücumların videolarını göndərib və dini lağa qoyub.

Məktəbə çatdıqdan sonra yeddinci sinif şagirdi 53 yaşlı xadimə qadın Alsu A.-nı bıçaqlayıb və sonra binanın dəhlizlərində bir neçə airsoft qumbarası partladıb. Qadın əllərindən xəsarət alıb və təcili yardım işçiləri ona tibbi yardım göstəriblər.

İstintaq Komitəsi səhlənkarlıq və qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb. Agentliyin məlumatına görə, qadını bıçaqlayandan sonra Denis siqnal tapançasından atəş açıb. Yeniyetmənin özü də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Rusiya məktəblərində şagirdlərin məktəb silahlı hücum edərək sinif yoldaşlarına zərər yetirmələri halları vaxtaşırı baş verir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR