İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanışı itələyib yıxdı - Xəstəxanada öldü

804 19.07.2024 16:32 Kriminal A A

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR