İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış tiktoker yenidən həbs edildi

1029 31.08.2023 18:38 Son xəbər A A

Tanınmış tiktoker Rəşad İsmayılov (“Veçni Rəşad” təxəllüslü) həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, “Rəşad Veçni” bu ilin mart ayında da saxlanılmışdı. Həmin vaxt ona 10 sutkalıq həbs cəzası təyin edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR