İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi İrəvandan 3+3 açıqlaması

585 27.07.2024 15:55 Son xəbər A A

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin yerli mətbuatın yazılı sorğusuna verdiyi cavab əsasında gəlmək olar.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR