İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Üçüncü Qarabağ savaşı başlayır? - Bakıdan REAKSİYA

1203 27.07.2024 16:03 Siyasət A A

“Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib”

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış siyasi analitiklərindən sayılan İbrahim Karagül Azərbaycanla Ermənistan arasında yeni savaşın olacağı barədə iddia ilə çıxış edib. O “X” sosial şəbəkəsində paylaşdığı statusda yazıb ki, bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci böyük müharibə başlaya bilər.

“Biz prosesdə təşəbbüskar olsaq da, artıq Ermənistandan daha çox sülh cəhdləri göstərmək niyyətində deyilik”.

BEHRUZ.jpg (80 KB)

Bu sözləri deputat Bəhruz Məhərrəmov Musavat.com-a türkiyəli analitikin fikirlərinə münasibət bildirərkən deyib.

“Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq, məhz Azərbaycan sülh təşəbbüslərinə start verib. Lakin sülh və sabitliyə daha çox məğlub Ermənistanın ehtiyac duymasına baxmayaraq, ötən dövr ərzində Ermənistan praqmatik və konstruktiv davranmayıb. Bu mənada biz prosesdə təşəbbüskar olsaq da, artıq Ermənistandan daha çox sülh cəhdləri göstərmək niyyətində deyilik. Möhtərəm Prezidentin dediyi kimi, sülh olacaqsa, olacaq.

Təəssüf ki, ötən dövr ərzində Ermənistan özünün havadarlarının təhriki və dəstəyi ilə sürətlə silahlanmaqda davam edib, sülh yox, yeni əməliyyatlara köklənib.

Azərbaycan Respublikası konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin bizim tək, yaxud hər hansı bir müttəfiqimizlə kollektiv formada özümüzü müdafiə etmək hüququmuz var. Cənab Prezident də bu ilin əvvəlində, yanvar ayının 10-da yerli televiziyalara müsahibəsində bildirmişdi ki, əgər bizə münasibətdə hər hansı təhdid görəriksə, harada yerləşməsindən asılı olmayaraq o təhdid dərhal aradan qaldırılacaq. Bu bizim həm qalib tərəf kimi haqqımız, həm də beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsinin bizə yaratdığı imkandır. Yəni bizim Ermənistanın yeni təcavüzkar niyyət naminə güclənməsi, onun havadarlarının Cənubi Qafqazda unikal sülhə yaxın olduğumuz bu konfiqurasiyanı dağıtmaq cəhdlərinə susmaq niyyətimiz yoxdur. Bir sözlə, möhtərəm Prezident də dəfələrlə qeyd edib ki, “biz yeni müharibə, yenidən qan tökülməsini arzulamırıq, lakin milli maraqlarımızdan da imtina etməyəcəyik””, - deputat əlavə edib.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR