İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris Olimpiadasının açılışı zamanı 19 nəfər SAXLANILDI - SƏBƏB AÇIQLANMIR

305 27.07.2024 17:40 Dünya A A

Fransa polisi Paris Olimpiadasının açılış mərasimi zamanı 19 nəfəri saxlayıb.

Musavat.com xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin "France 2" telekanalının efirində deyib.

"Dünən axşam saatlarında 19 nəfər saxlanılıb", - o deyib.

Darmanen həbslərin səbəbini açıqlamayıb.

O qeyd edib ki, hakimiyyət ictimai asayişin pozulmasının qarşısını ala bilib.

Daha əvvəl bildirilib ki, açılış mərasimi zamanı təhlükəsizliyi 45 minə yaxın polis və jandarm, həmçinin 20 minədək hərbçi təmin edəcək.

Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR