İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəbbət Kazımov Laçında! Şərəfinə konsert verilir - FOTOLAR

742 27.07.2024 16:26 Ölkə A A

İyulun 27-də Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunub. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutub.

Musavat.com xəbər verir ki, ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxalq Muğam Mərkəzinin solistləri iştirak edir.

Tədbirdə müğənni haqqında xatirələr söylənilir, ifa etdiyi mahnılar səsləndirilir. Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunur. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılıb.

Musavat.com konsertdən görüntüləri təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR