İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühüm sənəd müzakirəyə çıxarılır: Maaşlar artır - Vacib açıqlama

823 27.07.2024 16:57 Ölkə A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və noyabrın 1-nə qədər hökumətə təqdim olunacaq. Müzakirələrdən sonra minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Konkret məbləğin isə bu ilin payız aylarında məlum olacağı ehtimal edilir. Müxtəlif KİV və sosial media səhifələrində isə minimum əməkhaqqının 345 manatdan 500 manadək artacağı ilə bağlı xəbərlər var. Bu xəbərlər nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, minimum əməkhaqqının artırılması mütləqdir:

“Bununla bağlı öncədən konkret proqnoz vermək çətindir. Çünki bu qərar aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən həyata keçirilir. Amma soruşsanız ki, lazımdır ya lazım deyil, əlbəttə ki, bir iqtisadçı kimi deyərəm mütləqdir. Hər bir insan hökumət tərəfindən normal yaşayış imkanları ilə təmin olunmalıdır. Minimum əməkhaqqı anlayışına gəldikdə, burada hər şey real olmalıdır. Yaşayış minimumu dəqiq hesablanmalıdır. İnsanın yaşayışı, onun istehlak səbəti dəqiq öyrənilməlidir”.

Ekspertin fikrincə, istehlak səbəti və əməkhaqqılarla bağlı indeksasiya dəqiq aparılmalıdır:

“Bu gün istehlak səbəti deyəndə, tək ərzaq məhsullarından söhbət getmir. İstehlak səbətində tibbi, kommunal xərclər də hesablanmalıdır. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, minimum əməkhaqqının artımı mütləq lazımdır. İndeksasiya şəffaf aparılmalıdır və 10 ildə 1 dəfə deyil, hər ay aparılmalıdır. Hər ay bazar və xərclər araşdırılmalıdır. Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq və hər gün, hər saat iqtisadi dəyişikliklər gözləniləndir. Nə vaxt ki, bazar tələblərinə cavab verən minimum əməkhaqqı müəyyən ediləcəksə, cəmiyyətdəki aqressiya da itəcək. Bu baxımdan məhz belə addımlar atmaq lazımdır. Lakin hələki şablon rəqəmlərlə indeksasiya aparılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR