İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson özünü axırıncı yola qoydu – “Bəli, Navalnını Ukrayna öldürə bilərdi”

540 28.02.2024 14:28 Dünya A A

Amerikalı jurnalist Taker Karlson koloniyada Aleksey Navalnının ölümündə Ukraynanın əli ola biləcəyini iddia edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, fikirlərini “YouTube” bloqeri Leks Fridmana müsahibəsində bildirib.

“Onlar Duqinin qızını öldürdülər... Bəli, bu mümkündür”, – Karlson Navalnının ölümünün arxasında ukraynalıların ola biləcəyini deyən jurnalistin sözlərinə cavab verərək deyib ki, bu, Rusiya ilə münaqişə kontekstində onlara fayda gətirir.

Karlson Ukraynanın baş verənlərə necə qarışması ilə bağlı öz versiyasını açıqlamayıb.

Navalnının öldüyü gün Taker Karlson “Daily Mail” ilə söhbətində baş verənləri “dəhşətli” adlandırıb.

“Bütün bunlar barbarlıq və dəhşətlidir. Bunu heç bir ləyaqətli insan müdafiə etməyəcək”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabrından Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki koloniyada cəza çəkən Aleksey Navalnı 16 fevral 2024-cü ildə gəzintidən qayıtdıqdan sonra özünü pis hiss edib və huşunu itirib. Onun üzərində reanimasiya tədbirləri aparılsa da, nəticəsiz qalıb və o, vəfat edib

Dünyanın aparıcı demokratik ölkələri və beynəlxalq təşkilatlar Rusiya müxalifətinin liderinin ölümünə gərə RF rəhbərliyinin məsuliyyət daşıdığını bildirirlər.

Taker Kaarlson isə bu ayın əvvəlində Kremldə prezident Putindən müsahibə götürdükdən sonra özünü Rusiya iqtidarın vəkili kimi aparır, Rusiyayönümlü açıqlamalar verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR