İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda sel 17 nəfərin həyatına son qoyub

402 30.08.2023 09:49 Son xəbər A A

 

Tacikistanın bir sıra vilayətlərində güclü yağışlar baş verib, nəticədə daşqın əmələ gəlib və 17 nəfər ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, körpülərə, yollara, avtomobillərə ziyan dəyib.

Bu barədə Respublika Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi, avqustun 29-da xilasedicilər dağıntılar altından daha 4 nəfərin cəsədini tapıblar. Qeyd olunur ki, Vəhdətdə üç qadın və bir kişi meyiti tapılıb.

“Onlar şəxsiyyətlərinin müəyyən edilməsi üçün aidiyyəti orqanlara təhvil verilib”, - deyə Tacikistanın FHN-dən bildiriblər.

Qeyd olunur ki, təbii fəlakətə səbəb Düşənbə şəhərinin Xocanbəy ərazisində avtomobil yolunun bir çox hissələrində selin yaranması olub.

Düşənbədə tələfat və dağıntıların olmadığı qeyd edilir.

Komitə aydınlaşdırıb ki, şəhərin kənd icmaları ərazisində baş vermiş təbii fəlakətin aradan qaldırılmasına xilasedicilərlə yanaşı 350 yerli sakin də cəlb olunub.

Nəticədə su boruları, küçə və yollar, həmçinin 25 yaşayış binası, Vəhdət-Ramit avtomobil yolu palçıq və lildən təmizlənib. Hazırda yol nəqliyyatın hərəkəti üçün açıqdır.

Vurğulanır ki, hazırda xüsusi komissiya dəymiş ziyanı qiymətləndirmək üçün evləri gəzir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR