İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan prezidenti Krokusda baş verən terrordan danışdı

1638 25.03.2024 23:22 Dünya A A

Tacikistan prezidenti Emoməli Rəhmon Moskva vilayətində baş verən terror aktını biabırçı və dəhşətli adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Prezident Emomali Rahmon Düşənbədə Novruz şənliklərinin açılışında çıxış edərkən Tacikistan sakinlərinin "Crocus City Hall"dakı terror aktında iştirakını biabırçı və dəhşətli adlandırıb. Tacikistan prezidenti vətəndaşları uşaqların tərbiyəsinə daha çox diqqət yetirməyə, gəncləri və yeniyetmələri dağıdıcı qrupların və hərəkatların təsirindən qorumağa çağırıb.

Emoməli Rəhmonun sözlərinə görə, uşaqlara “tacik xalqının, taciklərin suveren dövlətinin və onların valideynlərinin yaxşı adına ləkə gətirməsinə” icazə verilməməlidir.

 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR