İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada zəlzələ sensorları yerləşdirildi VİDEO

324 25.07.2024 13:12 Ölkə A A

Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub.

Quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir.

Bildirilib ki, sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.

Bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək.

Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR