İnsanlara hürriyət, millətlərə istiqlal!

Surxandəryada məktəbə soxulan ayı güllələnib

971 15.05.2024 18:05 Dünya A A

Bu gün Özbəkistanın Surxandərya vilayətinin Sarıası rayonunun Cənnətməkan məhəlləsində ayı peyda olub.

Musavat.com yerli Podrobno.uz saytına istinadla xəbər verir ki, Ekologiya Nazirliyi ayının əks olunduğu videoya münasibət bildirib. Ekoloqların sözlərinə görə, ayını zərərsizləşdirməyə çalışıblar, lakin heyvan polis əməkdaşlarından birinə hücum edərək onu yaralayıb. Ayı həmin an şagirdlərin olduğu 74 saylı məktəbin ərazisinə də daxil olub.

Yırtıcı heyvan aqressiv olub və məktəblilərin həyatı üçün təhlükə törədib, ona görə də asayiş keçişikçiləri operativ hərəkət etməli olub, ayını güllələyiblər.

Heyvanın hücumuna məruz qalan polis əməkdaşı hazırda tibbi müayinədən keçirilir.

Bildirilir ki, aprel ayında Cizzax kəndinə ayı da girib, ancaq o zman hər şey yaxşı yekunlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR