İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda qazdan zəhərlənən fəhlələrin son vəziyyətləri AÇIQLANDI

532 09.07.2024 12:26 Hadisə A A

"Sumqayıtda qazdan zəhərlənən fəhlələr evə buraxılıblar".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Verilən məlumat görə, 08.07.2024-cü il tarixində saat 18:20-də 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib:

"Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***

Sumqayıtda üç fəhlə qazdan zəhərlənib.

Hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri - 1989-cu il təvəllüdlü Rəşad Şahvələd oğlu Heydərov, 1992-ci il təvəllüdlü Valeh Balaş oğlu Talıbov və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Anar Mütəllim oğlu Talıbov işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR