İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda müəssisədə zəhərlənənlərin son durumu açıqlandı

607 08.02.2024 21:58 Hadisə A A

08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə Musavat.com-a "Sumqayıt Tibb Mərkəzi" Publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı məlumat verib. O bildirib ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub: "Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

279462ad-eafe-4d0f-9bfb-049ab0f76c2c.jpg (23 KB)

Ramil Zeynallı

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR