İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt sakini bıçaqlanaraq öldürülüb

557 11.07.2022 13:40 Kriminal A A

Sumqayıt sakini bıçaqlanaraq öldürülüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

İdarənin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR