İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

528 13.12.2023 09:34 Son xəbər A A

Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azəbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR