İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhməramlıların bölgəni problemsiz tərk etməsi strateji uğurumuzdur”-Siyasi şərhçi

417 15.05.2024 15:56 Dünya A A

“Sülhməramlıların Qarabağdan çıxarılması yeni tariximizin ən əsas səhifələrindən biridir. Belə fikirlər var idi ki, Rusiya qoşunları giribsə, çıxmayacaqlar. Strateji siyasət nəticəsində onların çıxarılmasının şərtləri müəyyənləşdirildi. Ruslar özləri də anladılar ki, burada qalmağın heç bir mənası yoxdur”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, bu, Rusiya-Azərbaycan münasibətləri kontekstində vacibdir: “Rusiya sülhməramlılarının işğaldan azad edilən ərazilərdə yerləşdirilməsi ilə bağlı razılaşma var idi. Onların problemsiz şəkildə çıxıb getmələri təbii ki, müsbət haldır. Azərbaycan tərəfi də bunu müsbət qarşılayır.

994fdb034e-Asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir.jpg (21 KB)

Bunu ağıllı strategiyanın tərkib hissəsi hesab etmək olar. Hansı missiyanı yerinə yetirməsindən asılı olmayaraq sülhməramlıların bölgədə mövcudluğu müəyyən narahatlıq doğura, Qarabağ məsələsini gündəmdən çıxarmaya bilərdi. Bu gündən etibarən Azərbaycan Respublikasının ərazisində başqa dövlətin qoşunları qalmayacaq. Qarabağ məsələsini tamamilə bitmiş hesab etmək olar. Bu, Azərbaycanın strateji uğurlarından biridir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR