İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar olmasa, “artsax” da olmayacaq-Qarabağ terrorçusundan etiraf  

949 01.04.2022 14:17 Region A A

“Biz başa düşməliyik ki, Azərbaycanın məqsədlərindən biri Ermənistan-Rusiya qardaşlıq münasibətlərini pozmaqdır, çünki Rusiya sülhməramlıları olmasa, “Artsax” da olmayacaq”.

Musavat.com xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki terrorçu “artsax”ın oyuncaq “xarici işlər naziri” David Babayan “Azadlıq” radiosuna müsahibəsində belə cəfəng iddia ilə çıxış edib. “Bundan kimə xeyir var? Heç bir erməni qazanclı deyil. Bu an həqiqətən taleyüklüdür, bizim səhv etməyə, demaqogiya ilə məşğul olmağa haqqımız yoxdur. Bu, çox ciddi prosesdir, burada vətənpərvərlər, peşəkarlar çalışmalıdır”, - deyən Babayan, əks halda, arzuolunmaz hadisələrin olacağını bildirib. Erməni terrorçu sülhməramlılara da yarınmağı unutmayıb. “Sülhməramlılar öz missiyalarını tam şəkildə yerinə yetirirlər․․․ Əgər burada Rusiya sülhməramlıları olmasa, “Artsax” da olmayacaq”, - deyə o bildirib.

Əlavə edib ki, avantüraya getməyə ehtiyac yoxdur. “İnsanlar var ki, müxtəlif qiymətlər verir, bəziləri isə özünü vətənpərvər kimi göstərərək qışqırır. “Artsax”ın taleyi oyuncaq deyil, xüsusən indi. Bəli, Rusiya sülhməramlıları olmadan “Artsax” olmayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR