İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar hər gün bunu sərbəst şəkildə edir, qurbanlar artır və... - İLGİNC DETALLAR

3833 24.02.2023 13:27 Gündəm A A

"Beynəlxalq Ədalət Məhkəməsi bütün məsələləri hərtərəfli araşdırmalı və onun əsasında müəyyən qənaətə gəlməlidir".

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloqun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında iddialarla çıxış etməyə başlayıb:

"2022-ci ildə də irqi ayrıseçkiliyin müxtəlif növlərinin ləğv olunmasına dair beynəlxalq konvensiyaya uyğun olaraq çəkişmə prosesi həyata keçirildi. Bu il isə Ermənistan Laçın yolunda aksiyanın davam etməsini əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. Azərbaycan da cavab tələbi ilə çıxış etdi - əraziyə çoxlu sayda minaların basdırılması və bu minaların insan həyatına təhlükə törətməsi mövzusunda tələb irəli sürdü. Əldə olan nəticələr onu deməyə əsas verir ki, Ermənistanın tələbinə rədd cavabı verildi. Çünki Azərbaycanın tutarlı, əsaslandırılmış arqumentasiyası ortaya qoyulmuşdu. Hər gün sülhməramlıların təminat və təchizat avtomobilləri bu yol vasitəsilə hərəkət edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri də hər iki istiqamətə maneəsiz hərəkət etdiyinə görə Ermənistanın tələbinə məhəl qoyulmadı və rədd edildi.

0ecda47e-2622-375a-a876-8da0124f1488_850.jpg (187 KB)

Təəssüf doğuran məsələ isə bundan ibarətdir ki, Beynəlxalq Ədalət Məhkəməsi həm də insan həyatına laqeyd yanaşır, Azərbaycanın tələbi yerinə yetirilmədi. Bu, çox böyük haqsızlıq və ədalətsizlikdir. Düşünürəm ki, Azərbaycan tərəfi irəli sürdüyü iddianın arqumentasiyasını və insan həyatı ilə bağlı əsaslandırılmış mövqeyini yenidən qeyd etməlidir. Çünki Vətən müharibəsindən sonra yüzlərlə hərbçi və mülki şəxs minaların qurbanına çevrilib. Ərazilərimizdə yüz minlərlə mina basdırılıb – həm piyada, həm tank əleyhinə. Bu, insan həyatı üçün böyük təhlükə törədir. Keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıtmasının qarşısını alır. Dayanıqlı inkişafın qarşısında bir maneədir. Çünki bu minalar kənd təsərrüfatına yararlı sahələrdə basdırılıb və Azərbaycanın hərtərəfli inkişafının qarşısını alan əsas səbəblərdən biridir. Beynəlxalq Ədalət Məhkəməsi bu məsələyə obyektiv yanaşmalı, bütün məsələləri hərtərəfli araşdırmalı və onun əsasında müəyyən qənaətə gəlməlidir. Çünki mina terroru Azərbaycan üçün hazırda aktual bir mövzudur. Azərbaycan bu sahədə beynəlxalq qeyri-hökumət təşkilatlarının yardımından, maliyyə vəsaitlərindən məhrumdur. Yalnız dövlət büdcəsi hesabına bu işlər həyata keçirilir. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsi bu məsələyə diqqətlə yanaşmalıdır".  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR