İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhəddin Əkbərin yeni kitabı nəşr olunub FOTO

607 06.03.2024 13:51 Ölkə A A

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbərin “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” adlı ikinci kitabı işıq üzü görüb.

Musavat.com xəbər verir ki, “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” adlı nəşr siyasi, idarəçilik, diplomatik, hərbi, kəşfiyyat və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulub.

SULHU.jpeg (292 KB)

Kitabdan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət, xüsusilə milli ideologiya və milli-ideoloji siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər.

Ümumiyyətlə, bu kitab milli ideologiya və milli-ideoloji siyasətlə maraqlanan hər bir şəxs üçün maraqlı və faydalı ola bilər. Kifayət qədər böyük həcmi (983 səh.) olan bu kitab 3 bölümdən - “Milli birlik”, “Milli birliyin əsasları” və “Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları” bölümlərindən ibarətdir.

Müəllif hesab edir ki, artıq Azərbaycan Respublikasında milli ideologiyanın və milli-ideoloji siyasətin işlənib hazırlanması, rəsmi qəbul edilməsi və davamlı həyata keçirilməsi və beləliklə, milli birliyin milli-ideoloji əsasının – vətəndaş, millət və milli dövlət mərkəzli, milli ideoloji sistemin yaradılması dövlətimiz qarşısında amiranə bir tələb kimi kəskin şəkildə durub.

Kitabın sonunda milli ideologiyanın və milli-ideoloji siyasətin həm ümumi, həm də xüsusi əsas şüarlarını verən müəllif hesab edir ki, mövcud durumda Azərbaycan Respublikasının başlıca ümumi şüarı “Demokratikləşməli, milliləşməli və millətləşməli!” olmalıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR