İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh prosesində Fransa yox, bu dövlət vasitəçi ola bilər - ŞƏRH

1040 12.10.2023 16:10 Siyasət A A

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması prosesində vasitəçilik etmək təşəbbüsü ilə çıxış edən dövlətlər var. Bu prosesdə Rusiya, ABŞ fəaldır, o cümlədən Avropa İttifaqı da fəallığı ilə seçilir. Fransa isə əlahiddə olaraq bu prosesdə iştirak etmək istəyir”.

Bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib.

Fransanın militarizm siyasətini şərh edən millət vəkili vurğulayıb ki, Brüssel formatı çərçivəsində Avropa İttifaqının prezidenti Şarl Mişel vasitəçi kimi çıxış edir, amma əlavə olaraq prezident Emmanuel Makronun prosesdə iştirak etməsi təəccüb doğurur:

elman55.jpg (38 KB)

“Fransa Avropa İttifaqının üzvüdür. Belə olan halda əlavə olaraq prosesdə iştirak etmə istəyinin səbəbi nədir? Fransanın Ermənistanın yanında olduğu bəllidir. Biz bunu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində görürük, İkinci Qarabağ müharibəsinin gedişatında, eləcə də lokal antiterror tədbirləri zamanı bunun şahidi olduq. Fransanın prezidenti də daxil olmaqla, parlamentin spikeri, deputatlar, xarici işlər nazirinin anti-Azərbaycan mövqeyi açıq-aşkar özünü büruzə verir. Odur ki, obyektiv olmayan, qərəzli tərəfin bu prosesdə iştirakı məqbul deyil”.

Millət vəkili Fransanın Ermənistanı silahlandırmaq niyyətində olduğuna diqqət çəkib:

“Fransa Ermənistanı müasir silahlarla təchiz etmək niyyətindədir. Ermənistandakı səfirlikdə hərbi attaşe vəzifəsi də təsis edilib. Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlıq haqqında əməkdaşlıq müqavilənin imzalanması gözlənilir. Bu da Ermənistanın silahlandırılması və regionda yeni gərginlik ocağının, hətta müharibənin başlanmasına rəvac vermək anlamına gəlir. Buna görə də Azərbaycanın ali siyasi rəhbərliyi birmənalı şəkildə Fransanın vasitəçilik missiyasının əleyhinədir. Azərbaycan prezidenti cənab İlham Əliyev İspaniyadakı toplantıya qatılmadı çünki orada Makron da iştirak edəcəkdi. Azərbaycanın iştirakı olmadan anti-Azərbaycan mahiyyəti olan 4 tərəfli bəyanat qəbul edilib. Bu da Fransanın diqtəsi ilə olub. Qeyd olunub ki, Qarabağı tərk edən ermənilər qeyd-şərtsiz Qarabağa qayıda bilərlər. Azərbaycan vətəndaşlıq almaq şərti ilə ermənilərin dönməsinə razıdır. Fransanın sülh prosesində iştirakı üçün heç bir əsas yoxdur. Xatırladım ki, İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı vurğuladı ki, münasibətlərin normallaşmasında ən ideal variant ikitərəfli danışıqlardır və tənzimləmə prosesidir. Vasitəçi qismində Gürcüstanı görürük. Gürcüstanın bu prosesdə iştirakı töhfə vermək imkanları daha genişdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR