İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsində Bakının yeni şərti

3649 17.11.2023 12:56 Siyasət A A

Azərbaycan qalib ölkə olduğu üçün şərtləri də o diktə etməlidir - İrəvan iki aydır nə cavab verəcəyini düşünür

Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir. 

Bunu  Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır”, - deyə H.Hacıyev vurğulayıb.

“Azərbaycan son təkliflər paketində 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin geri qaytarılmasının sülh müqaviləsində təsbit olunmasını tələb kimi qoyub”. Teleqraf.com xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib. 

“Azərbaycan hesab edir ki, Qərbi Azərbaycandan deportasiya olunanların geri qaytarılması regionda davamlı sülhün təminatı ola bilər. Ermənistan isə bu şərti qəbul etmək istəmir. Hazırkı durumda bu şərtin qəbul edilməməsi, paralel olaraq, Azərbaycanın Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmaları ilə bağlı çağırışları Ermənistanı pat durumuna salıb. Məhz buna görə də Azərbaycanın təkliflərinə cavab verməkdə çətinlik çəkirlər. Bakının bu tələbi İrəvanda şok effekti yaradıb”, - deyə şərhçi  bildirib. 

Qeyd edək ki, Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kaumanı qəbul edərkən də bu barədə danışıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb.

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov ermənilər üçün hesab gününün gəldiyini qeyd etdi: “Sülh müqaviləsi indi daha çox Ermənistana lazımdır. Bu ilin sentyabr ayının 20-də Ordumuzun keçirdiyi lokal antiterror tədbirindən sonra Azərbaycanı sülh müqaviləsinin nə vaxt bağlanacağı narahat etmir. Azərbaycan münaqişədən böyük qələbə ilə çıxmış ölkədir və bu səbəbdən qalib ölkə kimi şərtləri də o diktə etməlidir. Bizim irəli sürdüyümüz şərtlər içərisində beynəlxalq hüququn tələblərinə zidd ola biləcək heç bir məqam yoxdur. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Lakin bura tanımayan Ermənistanın iddia etdiyi xəritələrlə müəyyən olunan ərazilər deyil, hüquqi əsaslara söykənən və gerçəkləri tam ortaya qoya biləcək xəritələrlə müəyyən ediləcək ərazilər daxil olacaq. 

Azərbaycan bu gün bütün dünyada 1918-1920-ci illərdə qurulub fəaliyyət göstərmiş Xalq Cümhuriyyətinin varisi kimi tanınır və qəbul edilir. Bunun belə olduğunu kim mübahisələndirə bilər ki? Varisi olduğumuz dövlətin əraziləri hansı ölçülərdə olub? Uzun illər ərzində bu ölçülərin dəyişdirilməsi hansı əsaslarla baş verib? Bir tək Mehri dəhlizi Ermənistana verilərkən onun eni 10 kilometr olsa da, nədən indi onun eni 46 km-ə çatır? Bu necə və hansı əsaslarla baş verib? Azərbaycanın torpaqları nədən bu şəkildə yağmalanıb? Suallar çoxdur. Və indi Qalib Azərbaycan bütün bu suallara cavab istəyir. Azərbaycanın tələbləri tam qanunidir və onlar tam olaraq beynəlxalq hüququn normaları çərçivəsindədir. Bu səbəbdən də ermənilər bu gün ciddi narahatlıq keçirirlər. Onlar başa düşürlər ki, indi qaçacaq heç bir yerləri yoxdur, zaman-zaman Azərbaycan torpaqlarını müxtəlif yollarla yağmalayan bu üzdəniraqlar indi onların geri qaytarılacağına şübhə etmirlər. Elə bu səbəbdən də şokdadırlar, anlaya bilmirlər ki, bunu necə edəcəklər. Biz qanuni haqqımızı tələb edirik. Bəs bu yaramazlar özgə evinə girib, sonradan ev sahibinə quyu qazaraq onu evindən çıxaranda hesab gününün gələcəyini düşünmürdülər? İndi hesab günü gəlib. Qarabağı tərk edib rədd oldular. İndi on illər boyu haqqımıza girib zəli kimi qarış-qarış sorub aldıqları torpaqları, sərhədləri dəqiq müəyyənləşdirən xəritələr əsasında birdən və tam şəkildə geri qaytarmalı olacaqlar. Bu da son olmayacaq. Ermənistan vaxtilə ata-baba torpaqlarından qovulmuş azərbaycanlıların indiki Ermənistan ərazilərinə qayıtmasına şərait yaratmalı və onların təhlükəsizliyinə təminat verməlidir. Ömrü boyu türkün qapazı altında yaşamış bu həşəratlar, nəhayət, anlayacaqlar ki, türkün yaxınlığında yaşayıb ondan bir çox imtiyazlar əldə etmək mümkün olsa da, türkdən torpaq almaq mümkün deyil. Çünki türk lazım gələndə öz torpaqlarını qanla suvarıb qoruya bilən bir millətdir..."

Millət vəkili - Azər Badamov

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında ilin sonuna qədər tarixi bir şansın yaranmasından söz açdı: “Azərbaycan üç il əvvəl müharibənin başa çatdığını bəyan edib və Ermənistana sülh əlini uzadıb. Bu, bir daha ölkəmizin Ermənistanla sülh müqaviləsinin imzalanmasında daha maraqlı olduğunu göstərir. Amma Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları manipulyasiya edərək boyun qaçırır. İndi isə Ermənistanın bəhanə gətirdiyi səbəblər aradan qalxıb və sülh müqaviləsinin imzalanması üçün əsaslı bir mane yoxdur. Ona görə də Azərbaycan danışqların 5-ci raundunda sülh müqaviləsi ilə şərtlərini mövcud kanallardan istifadə etməklə ikitərəfli formada 5 sentyabrda Ermənistana verib və cavabını gözləyir. Ermənistan isə Azərbaycanın təklifinə cavab vermək əvəzinə, Qərbin çətirinin altına keçərək danışıqların aparılması üçün Qranada və Brüsseldə görüşməyə çalışır. Paşinyan çalışır ki, Qərb platformalarında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda prosesi öz istəklərinə uyğun tənzimləsin. Amma bizim niyyətimiz təmiz və açıqdır. Ona görə də danışıqların aparılması üçün Qərbdə yox, məsələyə neytral münasibət bildirilən digər bir platformada danışıqlara davam edilsin. Çünki Fransanın dəstəyi ilə Ermənistanın silahlandırılmasına başlanılıb. Əgər Qərb danışıqlar aparılan tərəflərdən birini silahlandırır və ona üstünlük qazandırmağa çalışırsa, orada hansı sülh danışıqlarından söhbət gedə bilər? Təbii ki, bu özü-özünü aldatmaqdır. Azərbaycan ərazi bütövlüyünü təmin edib və bundan sonra sülh müqaviləsinin imzalanmasına hazırdır. Müzakirə mövzularında qaçqınlarımızın Ermənistana qayıtması və anklavların geri qaytarılması məsələləri əks olunmalıdır. Çünki biz davamlı sülhdən danışırıqsa, gələcəkdə bu sülhə təhlükə yarada biləcək hər hansı bir məsələ qalmamalıdır. Ona görə də tərəflər ikitərəfli danışıqların aparılması üçün neytral bir platformanın seçilməsi ilə bağlı razılığa gəlməli və Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq təklif edilən sülh müqaviləsinin mətni intensiv ikitərəfli danışıqlar hesabına tez bir zamanda yekunlaşdırılmalıdır. Beləliklə, bu tarixi məsələni ilin sonuna qədər yekunlaşdırmaq şansı yaranıb. Ermənistan bu fürsəti dəyərləndirəcəyi təqdirdə sülh müqaviləsi qısa zaman kəsiyində imzana bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR