İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleyman Soyludan SƏRT SÖZLƏR: "Kimsə buna mane ola bilməyəcək”

780 10.04.2023 11:33 Siyasət A A

"Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”.

Musavat.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə polis təşkilatının yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Türkiyə polisi terror və narkotiklə mübarizədə, habelə sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər bütün məsələlərin öhtəsindən layiqincə gəlir.

Nazir bildirib ki, fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini yüksək qiymətləndirib.

"15 iyul çevriliş cəhdini həyata keçirənlər istəklərinə çatmadılar. Əlbəttə, polis təşkilatımızın da bu işdə xüsusi rolu oldu. İndi Türkiyə həmin vaxtdakından daha güclüdür” - ,  deyə S.Soylu sözlərinə əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR