İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şükür ki, Allah bu xəstəliyi anama verdi, bizi güldürür, sevinirik” dedi – SƏRT TƏNQİD OLUNDU VİDEO

996 13.06.2026 15:33 Şou-biznes A A

“Qardaşım vəfat edəndən sonra anam o qədər fikir çəkdi ki, Altsheymer xəstəliyinə tutuldu. Yaddaşını itirib, unudub ki, oğlu dünyasını dəyişib. Bütün günü deyir-gülür. Allahın verdiyi xəstəlik də qəribədir. Anam Altsheymer xəstəsidir, amma sağlamdır, deyib-gülür, bizi güldürməkdən öldürür”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Qonaqcanlı” verilişində deyib.

Müğənni anasının bəzən onu belə tanımadığını gülərək dilə gətirib:

“Bir də görürsən ki, məni tanımır. Mənə “mama” deyir. Bizi güldürür. Həm gülürük, həm də ona ürəyimiz ağrıyır”.

Əməkdar artistin bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilərin əksəriyyəti onun məsələyə bu cür yanaşmasını sərt tənqid edib.

Paylaşımlarda “Altsheymer ciddi və ağır bir xəstəlikdir”, “Xəstə anaya bu cür münasibət göstərmək doğru deyil”, “Altsheymer xəstəsinə, üstəlik, anaya görə gülmək qətiyyən olmaz” kimi çoxsaylı tənqidi rəylər yazılıb.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR