İnsanlara hürriyət, millətlərə istiqlal!

Sui-qəsdlə öldürülən azərbaycanlı "qanuni oğru"lar - FOTOLAR

1851 31.08.2022 13:15 Kriminal A A

Azərbaycanlı "qanuni oğru"lar arasında bir neçə məşhur sima müxtəlif sui-qəsdlər zamanı həyatını itirib.

Həyatını itirən "qanuni oğru"lar müxtəlif ölkələrdə silahlı hücuma məruz qalıblar.

Müxtəlif illərdə KİV-lərin əsas xəbərinə çevrilən və ölümləri ilə səs salan "qanuni oğru"lardan bəzisinin adlarını təqdim edirik:

"Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınan Əli Heydərov 2021-ci ilin aprelində Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb

"Lotu Quli" kimi tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin Antalya şəhərində güllələnərək qətlə yetirilib.

 

"Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev 8 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülüb.

“Mirseymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayev 2013-cü ilin may ayın 4-də Moskvadakı “Peşera” gecə klubunda güllələnərək öldürülüb.

"Qoca Yasamalski" ləqəbi ilə tanınan Əlibala Həmidov 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib.

"Lotu Hikmət" kimi tanınan Hikmət Muxtarov 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib.

(BAKU.WS)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR