İnsanlara hürriyət, millətlərə istiqlal!

Stanislav Mitraxoviç: Paşinyan Ermənistanın Rusiyadan asılılığını başa düşür

508 30.12.2023 18:10 Region A A

Ermənistan baş naziri Nikol Paşinyan, nəhayət ki, bu həftə Rusiyaya səfər edib və burada Vladimir Putinlə eyni anda iki tədbir - Aİİ iclası və MDB liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində qarşılaşıb.

Paşinyanın səfərindən dərhal sonra, hətta onun nəticələrini gözləmədən analitiklər müxtəlif nəzəriyyələr irəli sürməyə başlayıblar. Bəziləri hesab edir ki, Kreml Paşinyanı “sındırıb”, onu ikitərəfli əməkdaşlığın əsas axınına qaytara bilib, digərlərinə görə isə bu, sadəcə İrəvanın oyunudur və Ermənistanın Qərblə əlaqələrin genişmiqyaslı genişləndirilməsi əhval-ruhiyyəsini dəyişməyəcək.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, Rusiyalı politoloq Stanislav Mitraxoviç bununla bağlı maraqlı fikirlər səsləndirib.

“İdeoloji oriyentasiyalar var, həqiqətən, olduğunuzdan bir az fərqli olduğunuzu göstərmək istəyi var və sadəcə olaraq biznes partnyorlarının rəğbətini qazanmaq istəyi var – bütün bu motivlər Paşinyanı hərəkətə gətirir və istiqamətləndirir. Həm də təhlükəsizlik siyasətində, iqtisadiyyatda və digər sahələrdə mövcud olan obyektiv məhdudiyyətlər var. Buna görə də siyasətçilər bəzən qərarlarını tənzimləmək məcburiyyətində qalırlar. Buna rəğmən Ermənistan hələ də bir çox qərarlarda Rusiyanın mövqeyindən asılıdır - bu, Paşinyanın ideoloji hüdudlarından kənara çıxsa belə, nəzərə almağa məcbur olduğu reallıqdır. İstisna etmirəm ki, indi o, Rusiya ilə münasibətlərin bəzi elementlərini bərpa etməyə çalışacaq”, - deyə Mitraxoviç bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR