İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sputnik Ermənistan”ın fəaliyyəti dayandırıldı

427 21.12.2023 14:42 Dünya A A

Ermənistan Televiziya və Radio Komissiyası "Sputnik Ermənistan" radiosunun yayımını həyata keçirən “Tospa” şirkətinin yayım lisenziyasını 30 gün müddətinə dayandırıb.

Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi qərarı şərh edərkən bunu ermənilərin informasiya almaq hüququnun məhdudlaşdırılması kimi dəyərləndirib:

"Təəssüf edirik ki, respublika tənzimləyicisinin hökmü erməni dinləyicisinin öz seçdiyi mənbədən qeyd-şərtsiz məlumat almaq hüququna təsir edəcək. Biz onu da müşahidə etdik ki, dost Ermənistanda Rusiya mediasının bir qolunun yayımının dayandırılması barədə qərar bu il dekabrın 14-dən cəmi bir həftə sonra verilib. Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi vasitəsilə konstruktiv məsləhətləşmələr zamanı tərəflər yaranan bütün mübahisəli məsələlərin həllində sıx əməkdaşlıq haqqında razılığa gəliblər. Bu addım getdikcə daha çox Rusiya və Ermənistan arasında ənənəvi, qarşılıqlı faydalı və hörmətə əsaslanan müttəfiqlik münasibətlərinin pozulmasının tərəfdarı olanlara güzəşt kimi görünməyə bilməz”, - səfirliyin şərhində deyilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR