İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sputnik Armeniya" radiosunun yayımı Xankəndidə dayandırıldı - FOTO

2305 31.08.2023 19:25 Son xəbər A A

“Sputnik Armeniya” radiostansiyasının yayımı Qarabağ ərazisində, eyni zamanda Xankəndi və ermənilər yaşayan bölgələrdə dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb. 

Məlumatda iddia olunur ki, bu barədə Marqarita Simonyanın adına sorğu göndərən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin (ermənipərəst mövqeyi ilə fərqlənir) qəribə cavab alıb. 

Maraqarita Simonyana bağlı olan media holdinqin adından məşhur jurnalist Dmitri Kiselyovun cavabı belə olub. Bunun səbəbi (“Sputnik Armeniya” radiostansiyasının yayımının Qarabağda dayandırılması) Ermənistanın (Paşinyanın) Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

Hazırda bu mövzuda erməni teleqram kanallarında şiddətli müzakirələr davam edir.

Musavat.com 

rw9j8YbkHjM.jpg (179 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR