İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet dövrünün məşhur triosu arasında qovğa

844 22.12.2023 18:57 Dünya A A

Məşhur bəstəkar Raymond Pauls ilə tandemdə onlarla hit mahnı yaradan tanınmış şair İlya Reznik populyar müğənni Layma Vaykulenin bəstəkarı niyə təhqir etməyə başladığından danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən Mk.ru saytı yazıb.

Reznikin sözlərinə görə, sənətçinin bütün son açıqlamaları maddi çətinliklərlə bağlıdır.

“Bilirəm ki, onun ciddi diaqnozu var... Bahalı dərmanlar üçün pul qazanmalıdır. Ona görə də o, Rusiya sayəsində bütün həyatı boyunca xoşbəxt və zəngin yaşasa da, indi bu ölkə haqqında çox pis şeylər danışır. Ona cansağlığı arzulayıram və deyə bilərəm ki, onun son müsahibələri... bəzi ağır dərmanların nəticəsidir”, - Reznik bildirib.

Daha əvvəl Raymond Pauls Vaykulenin səsləndirdiyi bəstəçinin avropalı həmkarlarının mahnılarını oğurlamaqla bağlı ittihamlarına cavab verib. Musiqiçi müğənninin səsləndirdiyi bütün iddiaları cəfəngiyyat adlandırıb, həmçinin sənətçini ciddiyə almadığını qeyd edib.

Bildirək ki, Layma Vaykule Ukrayna və Latviya telekanallarına verdiyi müsahibədə Rusiyanın Ukraynada apardığı müharibəni pisləyib, Rusiyanın aqressor adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR