İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial mediada paylaşım edərkən DİQQƏTLİ OLUN

815 01.09.2023 15:37 Son xəbər A A

“Hazırda Qarabağda baş verən proseslərlə bağlı informasiya çirkliliyi müşahidə edilir. Qərb mediasında da manipulyasiyalara yer verilir. Proseslərin aydın və obyektiv çatdırılması baxımından medianın üzərinə böyük iş düşür”.

Bu fikirləri Musavat.com-a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O bildirib ki, bölgədə olan yerli jurnalistlər baş verənləri beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırırlar:

“Diplomatik korpusun səfəri xüsusilə əhəmiyyətlidir. Bu gün səhər saatlarından ermənilər şərti sərhəd bölgəsində gərginlik yaradırlar. Xüsusilə, sosial mediada paylaşım edərkən diqqətli olmaq lazımdır. Ermənilər istənilən qeyri-rəsmi informasiya əsaslı paylaşımla manipulyasiya edərək onu fərqli formada çatdırırlar və bizə qarşı təbliğatda istifadə edirlər. Sosial məsuliyyət hissini unutmamaq lazımdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR