İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! "Propan qaz balonları növbəti partlayışlara səbəb ola bilər" -Ekspert xəbərdarlıq etdi

1316 09.04.2022 20:26 Gündəm A A

Heç bir qurum səlahiyyət daşımır, qanunda boşluqlar var...

"Gecə klubunda baş verən dəhşətli partlayış hadisəsi propan qaz balonlarının nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Bu hadisədən sonra ictimai-iaşə obyektlərindən, kafə və restoranlardan propan qaz balonlarının yığışdırılması üçün əlaqədar qurumlar reydlər keçirirlər. Sahibkarlara bu qaz balonlarının obyetklərdən kənarlaşdırılması xəbərdarlıq edilir. Təbii ki, bu belə olmalıdır. Qanunla da qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi qadağan olunub. Lakin qaz balonlarını kim kənarlaşdıracaq, necə kənarlaşdıracaq və haraya aparacaq, bu sual doğurur".

Bu barədə Musavat.com-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

elman nuriyev.jpg (48 KB)

O qeyd edib ki, bununla bağlı heç bir dövlət qurumuna səlahiyyət verilməyib:"Nə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin, nə "Azəriqaz" İB, nə də Energetika Nazirliyinin bununla bağlı səlahiyyəti var. Yəni bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun bununla bağlı səlahiyyəti olmalıdır. O  xüsusi maşınlarda daşınmalıdır və xüsusi yerə -poliqona aparılmalıdır. Orada istifadəsi yararsız olan bu qaz balonlarının utilizasiyası olmalıdır. Ancaq indiki halda propan qaz balonlarının obyektdən aparmaq üçün heç bir qurumun səlahiyyəti yoxdur. Qeyd edim ki, qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə hansı qurum nəzarət edir? İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu bolonları şəxsi maşınla gedib doldurur və daşıyır. Hansısa qurum obyektlərdən yığışdırıb aparsa belə bu qaz balonlarını haraya aparacaq? Harada saxlayacaq? Necə utilizasiya edəcək? Bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Həmin qanun layihəsində də bu işləri görəcək konkret qurumlar  göstərilməli, səlahiyyətlər müəyyənləşdirilməlidir ki,  o qurum propan qaz balonlarını hara aparacaq, harada saxlayacaq və utilizasiyası üçün xüsusi poliqon yaradılmasını təşkil edəcək. Bu gün isə bu qaz balonlarını obyetkdən kənarlaşdırmaq vətəndaşın ixtiyarına qalıb. Vətəndaş da qaz balonunu öz şəxsi maşınına qoyub, ya evinə (qanunla qadağandır belə daşımaq) aparır , ya həyətində saxlayır, ya da obyektin çölündə saxlayır. Belə olan halda təhlükə yenə də qalmaqda davam edir. İnsanlar yenə də istifadə edəcək. Lap aşkar olunarsa belə fiziki şəxslər cəmi 30 manat cərimə ödəməklə canlarını qurtaracaqlar".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR