İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Zelenski dünyaya MÜRACİƏT EDİR: “Biz sağ çıxdıq, amma…” – Detallar “Canlı debat”da

779 24.02.2023 15:52 Gündəm A A

“Ukrayna bütün dünyanı birləşdirdi”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski müharibənin birinci ildönümüylə bağlı videomüraciətdə deyib.

“24 fevral 2022-ci il həyatımızın ən uzun günü idi. Tariximizin ən ağır günü. Biz tezdən oyandıq və o vaxtdan bəri yatmadıq. Qorxmadıq, incimədik, təslim olmadıq. İnancımız və ruhumuz daim güclənir. Genişmiqyaslı müharibənin ilk günündən sağ çıxdıq. Sabah nə olacağını bilmirdik, amma hər səhər döyüşməli olduğumuzu bilirdik. Biz bilirdik ki, sabah üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.

Zelenskinin mesajları nədən xəbər verir? Müharibənin gedişinə bu, necə təsir göstərəcək? Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR