İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə Ordusu bu istiqamətdə hərəkətə keçdi - İLK GÖRÜNTÜLƏR

2124 07.01.2024 08:30 Dünya A A

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında hava əməliyyatı keçirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, açıqlamada Metina, Qara, Hakurk, Qəndil və Asosda 15 hədəfin məhv edildiyi qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, sözügedən bölgələrində 6 yanvar 2024-cü il tarixində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib, mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar dağıdılıb.

"Aparılan əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək çox sayda terrorçu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri təhlükəsizliyi təmin etmək üçün bir nəfər terrorçu qalmayana qədər terrorla mübarizəni əzm və qətiyyətlə davam etdirəcək. Bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost ünsürlərə, tarixi və mədəni sərvətlərə, ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün bütün tədbirlər görülüb” - açıqlamada bildirilib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İraqın şimalındakı bölgələrdə terrorçulara məxsus 15 hədəfi məhv etdiyi əməliyyatdan görüntüləri təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR