İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü - ŞOK VİDEO

3840 14.03.2022 15:44 Hadisə A A

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa rayon yol polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR