İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: “Qisas”dan sonra Əliyevlə Paşinyan görüşünə hazırlıq başladı - CANLI

1233 06.08.2022 13:35 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Tvitter səhifəsində yazıb.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. "AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.

Görüşün nə zaman olacağı dəqiqləşməyib. Lakin görünür ki, liderlərin daha bir görüşü Rusiyanın iştirakı və moderatorluğu olmadan baş tutacaq. Bəs, tərəflər Brüssel platformasında hansı məsələləri müzakirə edəcəklər?

Sərhədlərin müəyyən edilməsi, erməni qoşunlarının Qarabağdan tam çıxarılması, Qazaxın 7 kəndi və Kərki kəndinin boşaldılması, Zəngəzur dəhlizi və kommunikasiyalar masada olacaqmı?

TVMusavat-ın canlı yayınında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə Əliyev-Paşinyan görüşünə hazırlıq, “Qisas” əməliyyatını Rusiyanın sakit qarşılaması, Laçından ermənilərin çıxarılması və digər mövzuları müzakirə edirlər. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR