İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Polislər soyğunçuluq edənləri zərərsizləşdirdi - Yaralananlar var

1526 11.08.2023 02:54 Son xəbər A A

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə və polisə əməkdaşına bıçaqla xəsarət yetirib.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR