İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və ABŞ-dan Beyrut və Təl-Əvivə uçuşlar LƏĞV EDİLDİ

186 01.08.2024 14:11 Dünya A A

"Hizbullah" və İsrail arasında birbaşa və genişmiqyaslı müharibənin başlamasına görə artan gərginlik və narahatlıqlara reaksiya olaraq, aviaşirkətlər Livan və İsrailə uçuşları müvəqqəti olaraq dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Amerika hava yollarından “United” və “Delta”, “British Airways” ilə birlikdə Təl-Əvivə uçuşları iyulun 30-dan etibarən ləğv edilib.

Bildirilib ki, Yunanıstanın “Aegean Airlines” və Almaniyanın “Condor” aviaşirkətləri dünəndən Beyruta və eyni zamanda Beyrutdan uçuşları dayandırıb.

Qeyd olunub ki, “Lufthansa” və “Air France” isə iyulun 29-dan Beyruta uçuşları ləğv edib və uçuşların ən azı yaxın bir neçə gün ərzində bərpa olunmayacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR