İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Paşinyandan sülh müqaviləsi açıqlaması - "Buna hazırıq..." VİDEO

2499 18.04.2023 13:08 Siyasət A A

"Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyarsa, Azərbaycanla sülh sazişi bağlana bilər."

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın SSRİ çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. 

“Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik”. , - deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Bakı ilə tezliklə sülh müqaviləsi bağlamağa çalışır: "Amma burada ən çətin məsələ Qarabağdır.", - deyə o çıxışına davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR