İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! O, Putinə rəqib ola bilmədi - FOTO

1551 25.12.2023 17:29 Dünya A A

Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinə rəqib olduğunu açıqlayan jurnalist Yekaterina Duntsovanın namizədliyi rədd edilib.

Musavat.com xəbər verir ki, Duntsovanın ərizəsini araşdıran Rusiya Seçki Komissiyası sənədlərində “100 səhv” olduğunu bildirərək, onun namizədliyini yekdilliklə rədd edib.

İndiyədək 29 nəfərin müraciət etdiyini açıqlayan komissiya yalnız Putinin namizədliyini qəbul edib.

Ötən həftə namizədlik üçün müraciət edən Duntsova qərardan yüksək məhkəməyə şikayət edəcəyini açıqlayıb.

Namizədliyini elan etdiyi mətbuat konfransında 40 yaşlı jurnalist “hakimiyyətin həqiqətən də onun namizədliyini irəli sürməsinə icazə verəcəyini düşünürmü” sualına “Qanuna görə, bu mənim haqqımdır” cavabını verib. Duntsova bildirib ki, onun kampaniyasının əsas məqsədi Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması və həbsdə olan müxalifət lideri Aleksey Navalninin azadlığa buraxılması olub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR