Yaxın Şərqdə hərbi əməliyyatların intensivliyi artmaqda davam edir. İsrail Müdafiə Ordusu (SEHAQ/SƏHAQ) həftəsonu ərzində Livanın cənubunda "Hizbullah" qruplaşmasının hərbi mövqelərinə genişmiqyaslı zərbələr endirib.
Musavat.com xəbər verir ki, İsrail ordusu həftəsonu ərzində Livanın cənub bölgəsində "Hizbullah"a məxsus silah anbarlarını, qərargahları, raket buraxılış qurğularını və qruplaşmanın digər strateji hərbi obyektlərini hədəf alıb. Aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 150-yə yaxın hədəf məhv edilib.
İsrail hərbi rəhbərliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, vurulan obyektlərdən İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi məqsədilə istifadə olunub. Bölgədə gərginliyin pik həddə çatması ilə əlaqədar olaraq hərbi hazırlıq səviyyəsi maksimuma qaldırılıb.
Toğrul İsmayıl,
Musavat.com






