İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İrandan ŞOK həmlə - Təcili hərəkətə keçdilər

1729 01.01.2024 22:37 Dünya A A

İranın “Alborz” hərbi gəmisi Bab əl-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentli məlumat yayıb.

“Tasnim” İran hərbi gəmilərinin gəmiçilik marşrutlarını təmin etmək üçün 2009-cu ildən bəri bölgədə fəaliyyət göstərdiyini vurğulayıb.

Xəbər dövlət mediasının İranın təhlükəsizlik rəhbəri Əli Əkbər Əhmədianın Husilərin yüksək səviyyəli müzakirəçisi Məhəmməd Əbdülsəlam ilə görüş keçirdiyini bildirməsindən sonra yayılıb. Görüşün harada və nə vaxt keçirildiyi bəlli deyil, lakin İran mediası yazır ki, Tehran husiləri fələstinliləri dəstəklədiyinə və İsrailə qarşı durduğuna görə tərifləyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. ABŞ qayıqlarına hücum nəticəsində 10 husi öldürülüb və ya itkin düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR