İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran Zəngəzurla bağlı hərəkətə keçir - Azərbaycanın dini kəsimləri...

3612 27.02.2023 21:52 Gündəm A A

Azərbaycanın İrandakı səfirliyinə xain hücumdan 1 ay ötür.

f17e29fe-1d51-306b-b439-8fcfe9169c75_850.jpg (100 KB)

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov ağır dərəcəli bədən xəsarətləri alıblar. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

7445ac0e555d9f08b646670bfe70b158.jpg (198 KB)

“Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”, - deyə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib. O əlavə edib ki, terror hücumunun təfərrüatı barədə İran Azərbaycana məlumat vermir.

c9daf5a8-a54e-3752-ad61-a3455dbc5761_850.jpg (58 KB)

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, 1 ayın tamamı simvolik olaraq proseslərin uzanmasına işarədir:

“1 ay ərzində cinayət öz qüvvəsində qaldı, İranın arqumentləri qəbul edilmədi. Azərbaycanın öz gözləntilərini təkrar etməsi qarşılıqsız qaldı. İranla münasibətlər kəskin vəziyyətdə qalır. 1 ay ərzində Ermənistan-İran münasibətlərində kifayət qədər isinmə qeydə alınıb. Bunlar mənfi mənada Azərbaycan-İran münasibətlərinin göstəricisidir. İran Azərbaycana qarşı informasiya hücumu cəbhəsini də genişləndirib. Son günlər teleqram kanalları açıblar, çox böyük ölçüdə Azərbaycanın dini kəsimlərini oradan kurasiya edirlər. Düşünürəm ki, bu cür kanallarda paylaşılan adi məlumatların içərisində ciddi kəşfiyyat şifrələri var. Onun vasitəsilə yatmış hücrələri idarə edirlər və onlara siqnallar verirlər”.

ccdaec139f04d0985538cb7b18eafac5.jpg (41 KB)

Siyasi şərhçinin proqnozuna əsasən, İran-Azərbaycan münasibətləri geosiyasi reallıqda toqquşma səviyyəsində qalacaq və bu, İranın dəyişməyən dövlət siyasətinin nəticəsi olacaq:

“İran ilk növbədə Azərbaycan əleyhinə şüarlar səsləndirməkdən imtina etməlidir, amma bunu etməyəcək. İkinci növbədə, 26 fevral İsfahanda daşnakların mitinqini təşkil etməməli idi. Bu, İranın Azərbaycana münasibətinin göstəricisidir. İran hökuməti 44 günlük müharibədə yaralanmış şəxslərin müalicəsi ilə bağlı xüsusi proqram elan edib. Bunlar böyük bir qalmaqaldan xəbər verir. Azərbaycan məcburdur ki, alternativlər üzərində fikirləşsin və bu “stavka”nı Pəhləvilərə deyil, Qacarlara, Azərbaycan Demokrat Partiyasına milli qüvvələr üzərindən təbliğata dəstək versin. Belə görünür ki, qarşıdurmalar uzun müddət davam edəcək. Bununla bağlı şahidi olacağımız bütün problemlərin qısa müddət ərzində bitməsini zənn etmirəm. Ona görə ki, hələ uzun müddət İran tərəfinin indiki dövlət siyasətini tənzimləyən qüvvələr hərbçilər və kəşfiyyatçılardır. Onların Qərblə savaşında əsas tezisləri nüvə silahının əldə olunması ilə bağlıdır. Təxminən 94% buna nail olublar. Azərbaycana qarşı da münasibətlərində bu xətti izləmək üzrədirlər. Bu milli məsələdə İranın Xoy zəlzələsində ortaya qoyduğu mövqe göstərdi ki, azərbaycanlıların millət kimi yox olmasına səbəb yaradacaq amillərə şərait yaratmaları hansısa ortaq nöqtədən deyil, daha kəskin münasibətlərdən xəbər verir. İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşdə İran-Ermənistan mərkəzinin yaradılması imkanlarını nəzərdən keçirib. Bu mərkəzi Zəngəzurda yaratmaq prosesini davam etdirmələri də proseslərə zərbə vuran olaylardandır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR