İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gözlər Qazax-İcevan SƏRHƏDİNDƏ: Əsirlər dəyişir… - GÖRÜNTÜLƏR CANLI

1487 13.12.2023 16:00 Son xəbər A A

Hazırda Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb. Ermənistan KİV-nin məlumatında bildirilib. Hadisə yerindən fotolar da yayımlanıb. Bir müddət sonra tərəflərin nümayəndələri mübadilə yerinə gələcəklər.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.

İrəvan və Bakı qarşılıqlı əsasda qoşunların sərhəddən çıxarılması imkanını müzakirə edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, Azərbaycanla sazişlərin birinci hissəsi, xüsusilə İqlim konfransı ilə bağlı olan yerinə yetirilib, ikinci hissəsi bu gün yerinə yetirilməlidir (əsirlərin dəyişdirilməsi - red.):

“Lakin bu razılaşmalar etimadın yaradılması yolunda mümkün olan yeganə razılaşmalar deyil, digərləri də müzakirə olunur. Məsələn, biz Ermənistan-Azərbaycan sərhədindən qoşunların çıxarılması təşəbbüsü ilə çıxış etdik. İnanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Demirəm ki, razılaşma var, amma bu, müzakirə olunan ideyadır. Başqa fikirlər də var”.

Mirzoyan belə qarşılıqlı addımların münasibətlərin nizamlanmasına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib: “Eyni zamanda, əsas proses sülh müqaviləsi üzrə danışıqlardır. Azərbaycan danışıqlar masasına, görüş formatına qayıtmalıdır. Bir neçə dəfə demişik ki, saziş üzrə işlərin böyük hissəsi görülüb. İndi görüşmək və mühüm məsələlərlə bağlı yekun razılığa gəlmək lazımdır”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR