İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gözlənilən saziş İMZALANDI

2828 22.07.2022 17:12 Region A A

Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.

Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.

Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.

Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR