İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gəncədə yaşayış binası yanıb, iki azyaşlı xəstəxanaya aparıldı - VİDEO YENİLƏNİB

1846 31.08.2022 23:40 Hadisə A A

Gəncədə yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 4800 m² olan dördmərtəbəli yaşayış binasının dam örtüyü 150 m² sahədə və hər birinin sahəsi 75 m² olan 4 mənzilin yanar konstruksiyaları ümumilikdə 300 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə təcili tibbi yardım briqadasına təhvil verilib, 18 nəfər sakin tüstülənmiş mənzillərdən çıxarılaraq təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən binanın qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.

***

Gəncə şəhərində 4 mərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Musavat.com xəbər verir ki, Ə.Nəzərov küçəsində 4 mərtəbəli binadakı yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən alınıb.

Hazırda soyutma işləri aparılır.

***

Gəncə şəhərində yaşayış binasında yanğın başlayıb.

Tv Müsavatın
yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Həsrət Əliyev küçəsində qeydə alınıb.
Yanğın dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub. İlkin məlumata görə, iki azyaşlı uşaq tüstüdən zəhərlənib. Onlar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib və vəziyyətləri normaldır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR