İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var

2928 18.08.2023 21:45 Hadisə A A

Şəkidə baş verən qəzada ölən şəxslər bir ailənin üzvləridir.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Nicat Mirzəyevin və onun övladlarının (şəxsiyyəti hələ dəqiqləşdirməyib) meyitləri aidiyyati üzrə təhvil verilib.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sərnişin (qəza zamanı ölən uşaqların anası) FHN-nin Şəki Rayon DYMH-nin xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

***

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə ağır yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.

Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.

İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR